Ombudsman “Hökumət Evi”nə 153 min manat icarə haqqı ödəyəcək

04.04.2025

Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) “İnzibati binaların istismarı mərkəzi” MMC (VÖEN - 1700161461) ilə (keçmiş “Hökumət Evi”) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, satınalma müqaviləsi bir mənbədən satınalma metodu əsasında bağlanıb.
Müqaviləyə əsasən, Ombudsman “Hökumət Evi”ndən ofis sahəsini icarəyə götürəcək və qarşılığında 153 min 302 manat 50 qəpik ödəyəcək.
Qeyd edək ki, müqavilə bu ilin sonuna kimi qüvvədə olacaq.
Murad Məmmədov
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью