Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
“Müasir çağırışlar, qlobal və regional reallıqlar fonunda ölkəmizin beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi, dövlət idarəçiliyinin müasirləşdirilməsi, sosial rifahın yüksəldilməsi və dayanıqlı inkişafın təmin olunması istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir.
Torpaqlarımızın işğaldan azad edilməsi ilə başlanan, dövrün irimiqyaslı bərpaquruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni inkişaf mərhələsində görülən işlər olduqca təqdirəlayiqdir”.
“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü iclasında ombudsman Səbinə Əliyeva 2025-ci il üzrə illik məruzəni səsləndirərkən deyib.
Ombudsman qeyd edib ki, Prezident cənab İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərimizin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi, geniş miqyaslı müasir infrastruktur layihələrinin həyata keçirilməsi, iqtisadi fəaliyyətin bərpası və sosial xidmətlərə əlçatanlığın təmin olunması istiqamətində davam etdirilən tədbirlər 30 ildən çox doğma yurdlarından didərgin düşmüş soydaşlarımızın öz doğma yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışına, bununla da pozulmuş fundamental hüquqlarının bərpasına imkan yaratmışdır:
“Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və bilavasitə rəhbərliyi ilə işğaldan azad olunmuş torpaqlarımızda dağıdılmış tarixi, mədəni və dini obyektlərin bərpası və yenidən inşası istiqamətində kompleks tədbirlər davam etdirilməkdədir.
2 Ölkə Prezidentinin yürütdüyü uğurlu xarici siyasət Azərbaycanın regional sülh və təhlükəsizlik gündəminin ardıcıl şəkildə irəli aparılması üçün əlverişli zəmin yaratmış, siyasihüquqi sabitlik və güclənmiş suverenlik amili Azərbaycan və Ermənistan arasında sülh prosesinin yeni mərhələyə keçməsini təmin edən başlıca faktorlardan olmuşdur.
Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində iki ölkə arasında Birgə Bəyannamənin imzalanması uzun illər insan hüquqlarının pozulmasına səbəb olmuş münaqişənin bitməsinə, regionda sülh və sabitliyin bərqərar olmasına, dövlətlərarası münasibətlərin, o cümlədən iqtisadi əməkdaşlığın genişlənməsinə və nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafına əsaslı şərait yaratmışdır.
Türkdilli ölkələrlə əlaqələrin inkişaf etdirilməsi Türk dünyası daxilində iqtisadi inteqrasiyanın, enerji və nəqliyyat sahəsində dost və qardaş ölkələr arasında əməkdaşlığın dərinləşməsinə və regionumuzun dayanıqlı inkişafına, habelə koordinasiyalı təhlükəsizlik siyasətinin formalaşdırılmasına xidmət etmiş, insan hüquq və azadlıqlarının qorunması və təşviqi üçün daha əlverişli regional mühitin formalaşmasına töhfə vermişdir”.
Vilayət Muxtar
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin