Ombudsman Səbinə Əliyeva vətəndaşları qəbul edib

13.10.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva Bakıda növbəti qəbul keçirib.

Bu barədə Bakıvaxtı.az-a Ombudsman Aparatından məlumat verilib.

Qeyd edilib ki, Ombudsman hər bir müraciətçini fərdi qaydada qəbul edərək qaldırılan məsələləri dinləyib, onların hüquq və azadlıqlarının təmin olunması ilə bağlı müvafiq hüquqi izah və tövsiyələr verib.

Həlli ilə bağlı tədbirlərin görülməsi mümkün olan məsələlər üzrə müvafiq tapşırıqlar verilib, əlavə araşdırma tələb edən müraciətlərin isə nəzarətdə saxlanılacağı və qanunvericiliyin tələblərinə uyğun həlli istiqamətində aidiyyəti qurumlara müraciət ediləcəyi bildirilib.

Qeyd edilib ki, qəbul zamanı, həmçinin vətəndaşlara Ombudsmana müraciət imkanları barədə məlumat çatdırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью