Ombudsman Trampın xanımına atəşkəs üçün müraciət etdi

03.11.2026

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Oleşkidə humanitar missiya zamanı altı yaşayış məntəqəsində müvəqqəti atəşkəs elan edilib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə müvəkkili Dmitri Lubinets brifinq zamanı məlumat verib.

O əlavə edib ki, Rusiya tərəfi ilə Xerson vilayətində atəşkəsin müddətinin uzadılması məsələsini də müzakirə edib. Lubinets atəşkəs rejiminin digər bölgələrə də şamil oluna biləcəyini istisna etməyib:

“İlk növbədə Xerson vilayətinin ərazisində yerləşən yaşayış məntəqələrindən söhbət gedir. Daha sonra imkan daxilində bu müsbət təcrübəni digər bölgələrə də genişləndirmək olar”.

O qeyd edib ki, Rusiya ombudsmanı da ötən gün mətbuat konfransı keçirərək, digər yaşayış məntəqələrində oxşar humanitar missiyaların təşkilinə nail olmaq məqsədilə ABŞ-ın birinci xanımı Melaniya Trampa rəsmi müraciət edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью