Ombudsmana ən çox kommunallara görə müraciət edilib

15.07.2025

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) “916” Çağrı Mərkəzinə 2025-ci ilin aprel, may  və iyun ayları ərzində ümumilikdə 3377 zəng daxil olub.

Bu barədə Modern.az-a Ombdsmanın mətbuat xidmətindən məlumat verilib.

Bu zənglərin aylar üzrə rüblük statistikasını təqdim edirik:

Aprel-1192

May-1084

İyun-1101

Ən çox müraciətlər kommunal problemlər, ünvanlı dövlət sosial yardımı, müayinə və müalicə məsələləri üzrə olub.

Kommunal problemlərə görə 265, ünvanlı dövlət sosial yardımına görə 254, müayinə və müalicə məsələlərinə görə 192 müraciət daxil olub.

Aliment məsələlərinə görə isə 146 müraciət edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью