Ombudsmanın Milli Preventiv Qrupu 8 saylı Cəzaçəkmə Müəssisəsində başçəkmə keçirib

25.09.2026

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 8 saylı Cəzaçəkmə Müəssisəsinə başçəkmə həyata keçirilib.

XQ xəbər verir ki, bu barədə Ombudsmanın Mətbuat Xidməti məlumat yayıb.

MPQ üzvləri tərəfindən müəssisənin yaşayış sahələrinə, o cümlədən cərimə təcridxanasına, tibb-sanitar hissəsinə, yeməkxanasına və ərzaq anbarına baxış keçirilib. Həmin sahələrdə saxlanma şəraiti, sanitariya vəziyyəti və məhkumların hüquqlatının təmini məsələləri yerində araşdırılıb.

Başçəkmə çərçivəsində təsadüfü seçim əsasında məhkumlarla konfidensial qaydada görüş keçirilib, onların müraciətləri dinlənilib. Qəbul zamanı Ombudsmana ünvanlanan ərizə və müraciətlər qəbul edilib.

Başçəkmənin nəticələri ilə bağlı Ədliyyə Nazirliyinə müraciət olunacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью