Ombudsmanın səlahiyyət müddəti bitir

29.10.2026

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ombudsman Səbinə Əliyevanın səlahiyyət müddəti bitir. Yeni Ombudsman seçiləcək.

Modern.az xəbər verir ki, məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin sabah keçirilən iclasının gündəliyinə salınıb.

İclasın gündəliyində bir məsələ – Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) seçilməsi daxil edilib.

Qeyd edək ki, Səbinə Əliyeva 2019-cu il noyabrın 29-da Ombudsman seçilib. Qanuna əsasən, Müvəkkil 7 il müddətinə vəzifəyə seçilir. Onun səlahiyyət müddəti bu ilin noyabrında başa çatır

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью