Omeqa3 yağlı turşusunun misli olmayan faydaları. MƏNBƏLƏR

16.11.2024

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Omeqa-3 yağlı turşusu insan sağlamlığı üçün ən faydalı və vacib maddələrdən biridir.

Omeqa-3 orqanizmdə sintez olunmur, lakin bu maddə orqanizmin normal fəaliyyəti üçün olduqca vacibdir.

Omeqa-3 yağlı turşusunun əsas mənbələri bunlardır:

- dəniz balığı (skumbriya, siyənək, qızılbalıq, tunes, forel, paltus, treska), dəniz məhsulları (krevet, dəniz yosunları)

- bitki yağları (xüsusilə kətan və raps yağları və həmçinin zeytun yağı)

- yumurta ("kənd" yumurtası), mal ət (bir şərtlə ki, heyvan kifayət qədər ot yeyir)

- qoz, badam, araxis, keşyu, makadamiya, balqabaq tumları, kətan toxumu

- müxtəlif göyərtilər (ispanaq, kahı, cəfəri, keşniş, şüyüd)

- balıq yağı.

Omeqa-3 yağlı turşuların orqanizmdə rolu:

- hüceyrələrin membranlarını möhkəmləndirir

- beyin hüceyrələrinin, gözün torlu qişasının sağlamlığı üçün olduqca vacibdir

- kişi sağlamlığına müsbət təsir edir - spermatozoidlərin aktivliyini artırır

- orqanizmi möhkəmləndirir, immunitetin səviyyəsini qaldırır

- ürək-damar sisteminin normal fəaliyyəti üçün çox vacibdir - ürək və damar xəstəlilərinin riskini azaldır, damarları möhkəmləndirir və onların elastikliyini artırır, qanı duruldur, təzyiqi normallaşdırır, insult və infarkt kimi ağır pozulmaların qarşısını alır

- sinir sisteminin fəaliyyətini, diqqəti və yaddaşı yaxşılaşdırır, streslə və depressiya ilə mübarizə etməyə kömək edir

- revmatizm, artroz və artrit zamanı oynaqlarda iltihabları azaldır

- bəzi dəri xəstəlikləri (məsələn, psoriaz, akne) zamanı xeyirlidir

- dərinin, saçların və dirnaqların vəziyyətini yaxşılaşdırır.

Beləliklə, Omeqa-3 yağlı turşusunun orqanizmə daim daxil olunması insanı daha sağlam və gümrah edir, bir çox ciddi xəstəliklərin riskini azaldır.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью