Ömər aşırımına qar yağdı

12.12.2024

Icma.az, News24 portalına istinadən məlumat verir.

Kəlbəcəri Göygöllə birləşdirən Ömər aşırımına qar yağıb.

News24.az xəbər verir ki, Göygöl-Kəlbəcər avtomobil yolunun Ömər aşırımı adlanan hissəsinə axşam saatlarında yağmağa başlayan qarın hündürlüyü 10-15 santimetrə çatıb. Hazırda ərazidə güclü qarın yağması davam edir. Qərb bölgəsində küləkli və yağışlı hava şəraiti hökm sürür.

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, bu gündən Azərbaycanda havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcəyi gözlənilir. Dekabrın 14-ü və 15-də dağlıq rayonlarda gecə və səhər yolların buz bağlama ehtimalı var.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью