Ömər aşırımına qar yağdı Yeni Çağ Media

12.12.2024

Yenicag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kəlbəcəri Göygöllə birləşdirən Ömər aşırımına qar yağıb.

Yenicag.az xəbər verir ki, Göygöl-Kəlbəcər avtomobil yolunun Ömər aşırımı adlanan hissəsinə axşam saatlarında yağmağa başlayan qarın hündürlüyü 10-15 santimetrə çatıb. Hazırda ərazidə güclü qarın yağması davam edir. Qərb bölgəsində küləkli və yağışlı hava şəraiti hökm sürür.

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, bu gündən Azərbaycanda havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcəyi gözlənilir. Dekabrın 14-ü və 15-də dağlıq rayonlarda gecə və səhər yolların buz bağlama ehtimalı var./Azertag/

www.yenicag.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью