Ömər aşırımına qar yağıb

12.12.2024

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kəlbəcəri Göygöllə birləşdirən Ömər aşırımına qar yağıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Göygöl-Kəlbəcər avtomobil yolunun Ömər aşırımı adlanan hissəsinə axşam saatlarında yağmağa başlayan qarın hündürlüyü 10-15 santimetrə çatıb. Hazırda ərazidə güclü qarın yağması davam edir. Qərb bölgəsində küləkli və yağışlı hava şəraiti hökm sürür.

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, bu gündən Azərbaycanda havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcəyi gözlənilir. Dekabrın 14-ü və 15-də dağlıq rayonlarda gecə və səhər yolların buz bağlama ehtimalı var.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью