Ömər baba dan gündəm yaradacaq açıqlamalar

21.09.2026

Axsham.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Kurtlar vadisi” serialında "Ömər Baba" obrazını canlandıran Emin Olcay illər sonra layihənin pərdəarxası ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Axşam.az xəbər verir ki, aktyor müsahibəsində serialın rejissoru Osman Sınavın layihədən qəfil ayrılmasından danışıb. Olcay Sınavın qərarını gözləmədiklərini bildirib:

“Serialdam imtina etmək qərarına təəccübləndik. Heç gözləmirdik. Həyatın normal axarına zidd bir vəziyyət idi. Deyək ki, “Kurtlar vadisi”ni riskli olduğu üçün buraxdı. Bəs çörək qazandığı sahədən niyə uzaqlaşdı? Bunu heç vaxt anlaya bilməmişəm.

Osmandan sonra serial siyasətə çevrilməyə başladı. Türkiyənin bəzi bilinməyən yerlərinə doğru getməyə başladıq. Bu, getdikcə artdı. Ssenari pozuldu. Bir neçə dəfə yaradıcı heyətlə danışmağa çalışdım, amma cavab vermədilər. Mən də susdum. Yəni şübhələnirdim. Kimlərdənsə məlumatları almasaydılar, bunları haradan bilərdilər?”.

Aktyor Osman Sınavın üzərində silah gördüyünü söyləyib:

“Salacakda bir qəhvəxanada çəkiliş edərkən Osmanın belində silah görmüşdüm. Tədbir üçün üzərində gəzdirirdi. Ofisində "mafiya ombudsmanı" adlandırdığı biri ilə görüşmüşdü”.

Olcay serialla bağlı araşdırma aparılmasını da dəstəklədiyini vurğulayıb:

“İstintaq açılmasını çox doğru hesab edirəm. Həqiqətlər nədirsə, ortaya çıxsın. Əgər yanlış işlər görüblərsə, cəzalarını çəksinlər. Yanlış heç nə etməyiblərsə, bu vəziyyətdən bəraət alaraq çıxsınlar”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью