Ömər Çelik: Mərc oyunları ilə bağlı istintaq genişlənəcək

03.12.2025

Icma.az, Mia.az saytına istinadən bildirir.

Türkiyə futbolunu çalxalayan mərc oyunları ilə bağlı istintaq genişlənəcək.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri AK Partiyasının sözçüsü Ömər Çelik Haberturk kanalında canlı yayımda deyib.

Onun sözlərinə görə, bu proses 1024 futbolçunun, 371 hakimin cəzalandırılmaıs ilə yekunlaşmayacaq: "İstanbul Baş Prokurorluğu operativ işləyir. İstintaq daha da genişlənəcək. Prokururluq istintaq çərçivəsində bütün dövlət qurumlarından məlumat istəyirlər. Cəmiyyətin böyük bir hissəsində ikrah yaradan futbolumuzdakı bu çirklənməni təmizləmək üçün ciddi bir iradə var. Partiya olaraq, biz də bu prosesi dəstəkləyirik"

Firudin Səfərli

Mia.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью