Ömər Çelik: Rusiya Ukrayna müharibəsinə İstanbulda son qoyulmalıdır

11.09.2026

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Rusiya-Ukrayna müharibəsinə İstanbulda son qoyulmalıdır.
Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömər Çelik Rusiya-Ukrayna müharibəsi ilə bağlı jurnalistlərə açıqlaması zamanı deyib.
O, Rusiya-Ukrayna müharibəsinin İstanbulda aparılacaq danışıqlar vasitəsilə başa çatdırılmasının vacibliyini vurğulayıb.
Ö. Çelik bildirib ki, Rusiya-Ukrayna müharibəsi ilə bağlı mövcud "uzanan münaqişə"yə mümkün qədər tez son qoyulmalıdır.
"Uzanan münaqişə bir an əvvəl sona çatması, İstanbulda bir masa qurularaq mütləq şəkildə bir nəticəyə gəlinməsi lazımdır", - deyə AK Parti sözçüsü qeyd edib.(report)
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью