Ömər Çelikdən ABŞ ın Qəzza açıqlamasına sərt REAKSİYA

05.02.2025

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyə Ədalət və İnkişaf Partiyasının (AKP) Sözçüsü və Başqan Müavini Ömər Çelik, ABŞ-nin Qəzza ilə bağlı mövqeyinə kəskin etiraz edib.

Redaktor.az xəbər verir ki, O, məsələ ilə bağlı fikirlərini öz sosial şəbəkə hesabında yazıb.

"Fələstin xalqının öz vətənində yaşamaq haqqını ən güclü şəkildə müdafiə edirik. Qəzza xalqına qarşı hər cür məcburiyyətin əleyhinəyik", – deyə Çelik sosial media hesabında bildirib.

O, ABŞ administrasiyasının "Fələstinlilərin Qəzzanı tərk etməsi" çağırışını qınayaraq, bunun həll yolu deyil, sürgün, etnik təmizləmə və Fələstin xalqının torpaqlarının işğalı olduğunu vurğulayıb.

Çelik əlavə edib ki, bu yanaşma əsas insan haqlarına və beynəlxalq hüquqa ziddir və heç bir legitimliyi yoxdur.

Kənan YUSİF 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью