Ömər Dorostaran dar ağacından asıldı

13.10.2026

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Dünən İranda silahlı “Ceyş ül-Ədl” qruplaşması ilə əməkdaşlıqda ittiham olunan Ömər Dorostaran dar ağacından asılıb.

Axar.az xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, onun edam hökmü Ali Məhkəmə tərəfindən qüvvədə saxlanıldıqdan sonra həyata keçirilib.

Məhkəmə sənədlərində məhbusun qruplaşma üzvlərini mənzillə təmin etdiyi, silahlı şəxslərin sərhədi keçməsinə və döyüşçülərin hərəkətinə kömək etdiyi, onlara silah-sursat verdiyi, eləcə də hərbi obyektlərin yerləşdiyi ərazilər barədə məlumat topladığı iddia olunur.

İran rəsmilərinin iddiasına görə, Dorostaranın köməyi ilə 2024-cü ilin aprelində Rask şəhərində polis bölməsinə və SEPAH bölməsinə, Parudda hərbi bazaya, Çabaharda isə hərbi obyektlərə hücumlar həyata keçirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью