Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ötən günlərdə AFFA Hakimlər Departamentinin rəhbəri Ömər Paşayev vəzifəsindən ayrılması barədə məlumat yayılıb.
Fanat.Az xəbər verir ki, məlumatı "Qafqazinfo" yayıb.
Xəbəri AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamenti ilə dəqiqləşdirməyə çalışdıq. Qurumun mətbuat xidmətindən saytımızın sorğusuna cavab olaraq məlumatı təsdiqlədilər. Bildirildi ki, Paşayev öz ərizəsinə əsasən dekabrın 1-dən departament rəhbəri vəzifəsindən ayrılıb.
Qeyd edək ki, Ömər Paşayev ötən il bu vəzifəyə gətirilmişdi. Onun gedişi bir neçə gün öncə AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere vəzifədən ayrılığı ilə eyni vaxtda təsadüf edib. Qeyd edək ki, De Blekereni Rəhim Həsənov əvəzləyib.
Mirağa