Idman.biz saytına istinadən Icma.az xəbər verir. "Abşeron"un türkiyəli basketbolçusu Ömər Yavaş klubun mətbuat xidmətinə müsahibə verib.
İdman.biz xəbər verir ki, 24 yaşlı oyunçu Azərbaycan Basketbol Liqasında "Naxçıvan"la pley-off mərhələsinin sonuncu matçından öncə fikirlərini açıqlayıb.
- Komanda axırıncı oyunda psixoloji baryeri aşa bildi və qalib gəldi. Pley-off seriyasında hesab bərabərləşdi.
Bu qələbədə sənin də rolun böyük oldu. Geridə qalan matçları necə dəyərləndirərdin? - Komanda kimi yaxşı oyun nümayiş etdirdik.
Növbəti qarşılaşmada da belə mübariz olsaq, qalib gəlmək şansımız yüksəkdir.
Mövsümün tez bitməsini istəmirik və buna görə də mümkün qədər irəli getmək üçün əlimizdən gələni edirik.
- Pley-offun 3-cü matçında hər iki komanda parket üzərinə “ölüm-dirim” mübarizəsinə çıxacaq.
Sənin fikrincə, yola davam etmək üçün komandaya nə lazımdır? - Bəli, bu oyun hər iki komanda üçün kritik bir qarşılaşmadır.