OMİD Binədə yeni mağazasının təntənəli açılışlnı qeyd edib

29.11.2025

Marja.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

29 noyabr 2025-ci il tarixində OMİD Mağazalar Şəbəkəsi Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə küçəsi 249 ünvanında yeni mağazasını açılışını etdi. Açılış mərasimi möhtəşəm konsert proqramı ilə müşayiət olundu. 

Yeni mağazanın açılışı münasibətilə yalnız 3 gün, 29 -30 noyabr və 1 dekabr tarixlərində xüsusi kampaniya çərçivəsində seçilmiş məhsullar 20%, 30% və 50% endirimlərlə təklif olunur.

Müştərilər mağazada geniş çeşiddə məhsulları, mətbəx, məişət avadanlıqları, əl alətləri, işıqlandırma sistemləri, boya və inşaat materialları, isitmə sistemləri və digər inşaat məhsulları üzrə endirimli qiymətlərlə alış-veriş edə bilərlər. Bütün kampaniya məhsulları nağd və ya taksit imkanı ilə təqdim olunur. Məhsullar limitli sayda olduğundan müştərilərə fürsətləri zamanında dəyərləndirmək tövsiyə olunur.

OMİD Mağazalar Şəbəkəsi inşaat məhsullarının satışı üzrə ölkəmizin aparıcı satış mərkəzlərindən biri kimi tanınır.  Şirkət müştərilərə geniş məhsul çeşidi, sərfəli qiymətlər, peşəkar xidmət və rahat alış-veriş imkanı təqdim edir. 30 illik təcrübəsi ilə OMİD həm ustaların, həm də evini yeniləmək istəyənlərin etibar etdiyi əsas ünvanlardan biridir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью