OMON dəstəsi azərbaycanlıların evinə basqın etdi: Ölən var

27.06.2025

Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Bu gün Rusiyanın Yekaterenburq şəhərində OMON dəstəsi azərbaycanlıların evinə basqın edib.

Bakupost.az xəbər verir ki, bu barədə yazıçı İlham Əziz Feysbuk səhifəsində bildirib.

O bildirib ki, basqın nəticəsində Səfərov Ziyəddin Mehdi oğlunu işgəncə ilə öldürüblər:

"O biri qardaşlarını da naməlum yerə aparıblar. Qeyd edək ki, Səfərov Ziyəddin tanınmış ədəbiyatşünas Seyfəddin Hüseynlinin qardaşıdır. Azərbaycan dövlətindən bu məsələyə dərhal münasibət bildirməyi və tədbir görməyi xahiş edirik!", - o əlavə edib

Aygün,

BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью