Ömrümün 2,5 ilini müharibəyə həsr etdim, hərbiyə çağırsalar...

08.12.2025

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba bəyan edib ki, o, əsgərliyə çağırış vərəqəsi alsa, ordudan yayınmayacaq.

Axar.az xəbər verir ki, o, bu barədə ukraynalı aparıcı Yanina Sokolovaya müsahibəsində deyib.

"Mən Ukraynada yaşayıram, çağırış gəlsə, xaricə qaçmayacağam. Heç kimin sağ qalacağımıza inanmadığı ilk gecədən başlayaraq ömrümün iki il yarımını müharibəyə həsr etdim", - o bildirib.

Sabiq nazir əlavə edib ki, məhz uzun müddət müharibədə iştirak etdiyi üçün könüllü olaraq döyüşməyə getməyib:

"İki il yarım müharibə ilə məşğul olduğum üçün könüllü olmadım, amma o vaxt gələndə səfərbərlikdən qaçmayacağam".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью