Ömrünü Vətənə verən qəhrəman

01.08.2026

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Zəfər şəhid Nurlan Əbilovun 32 yaşının tamam olması münasibətilə
Doğma Vətənini canından artıq sevən, 44 günlük haqq savaşımızda müharibə meydanında onun uğrunda son nəfəsə qədər döyüşüb şəhid olan qəhrəmanlardan biri də Nurlan Fərrux oğlu Əbilovdur. İndi adı dillərdə dastan olan igid Vətən sevdalısı cismən aramızdan getsə də, qəlblərdə yaşamaqla həmişə böyük ehtiramla xatırlanır.
Nurlan Əbilov 1994-cü ildə Masallı rayonunun Ağakişibəyli kəndində anadan olub. Atasını uşaq ikən, anasını isə 23 yaşında itirib. Orta təhsilini aldıqdan sonra Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinə qəbul olub. Anası xəstə olduğuna görə təhsilini donduran Nurlan bu səbəblə diplomunu ala bilməyib, sonradan ailəsinə çatdırılıb.
Vətən müharibəsi zamanı Füzulinin azad edilməsi uğrunda gedən ölüm-dirim savaşına qatılıb. 8 oktyabr 2020-ci ildə baş nahiyəsindən ağır yaralanıb. Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə olunub. Həkimlərin səyinə baxmayaraq 19 aprel 2021-ci ildə Vətən eşqli ürəyi əbədi dayanıb. Masallı rayonunun Şərəfə kəndində sevdalandığı torpağa qovuşub.
Dövlət tərəfində "Vətənə xidmətə görə" ordeninə, "Vətən uğrunda", "Cəsur döyüşçü", Füzulinin, Şuşanın azadlığına görə medallarına layiq görülən şəhid Nurlan Əbilovun iki oğlu yadigar qalıb.
Azərbaycanın yeni, şanlı tarixini yazan qəhrəmanlar heç vaxt unudulmaz. Şəhid Nurlan da onların arasında. Onun günəş ömrü zaman-zaman gələn nəsillərə örnək olacaqdır.
Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью