Ömrünü Vətənin azadlığına bəxş etdi

15.09.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

İnsan üçün ən böyük zirvə yalnız fəaliyyəti, rütbəsi və ya titulları ilə deyil, Vətən və bəşəriyyət uğrunda fəda etdiyi ömrün aliliyi ilə fəth olunur. Şəhidlik – insanın çatacağı ən uca mənəvi zirvə, zamanın fövqünə ucalan əbədiyyət məqamıdır. Əbədiyyət zirvəsinə gediş fiziki ömrün bitməsi deyil, mənəvi varlığın dirçəlişidir. Bu zirvəyə ucalan qəhrəmanlar gənclik illərini, şəxsi arzularını və dünyəvi istəklərini xalqın azadlığına və dövlətin suverenliyinə qurban verirlər.

Vətən Müharibəsi şəhidi Mirzəyev Orxan Mehman oğlu ömrünü Vətən azadlığına bəxş edərək adını Şuşa fatihələrinin sırasına qızıl hərflərlə yazdırıb. Onun şərəfli döyüş yolu gələcək nəsillərə əbədi örnəkdir. Vətən Müharibəsi şəhidi Mirzəyev Orxan Mehman oğlu -1993-cü il sentyabrın 15-də Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olub.

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Orxan Mirzəyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Mirzəyev noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. 10 noyabr 2020-ci il tarixində Biləsuvar rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə  Orxan Mirzəyev ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”,   "Cəbrayılın azad olunmasına görə" medalı,  "Kəlbəcərin azad olunmasına görə" medalı,  "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.

Müşfiq MİRZƏ
XQ 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью