Ömrünün sonuna 1 il qaldığını açıqladı

30.01.2026

Axsham.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Amerikalı müğənni-aktyor və realiti-şou ulduzu Rey Cey gələn ilə sağ qalmayacağını bildirib.

Axşam.az xəbər verir ki, ifaçı bu barədə instaqramda canlı yayım zamanı danışıb.

Onun sözlərinə görə, uzun illər alkoqol və narkotik maddələrdən istifadəsi ürəyinə ciddi ziyan vurub və hazırda atım fraksiyası cəmi 25 faizdir. Rey Cey bildirib ki, pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdiriləndə az qala həyatını itirirmiş. Həmin dövrdə o, hər gün dörd-beş şüşə spirtli içki qəbul edir və on ədəd narkotik tərkibli həb içirmiş:

“Özümü məhv etdim. Elə bilirdim ki, daha güclüyəm. Düşünürdüm ki, iri cüssəliyəm, bütün bu alkoqola və narkotiklərə dözərəm. Amma dözə bilmədim. Bu, burada keçirdiyim vaxtı qısaltdı. Xəstəxanada keçirdiyim bu çətin dövrdə məni dəstəkləyən və dualarında xatırlayan hər kəsə təşəkkür edirəm”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью