Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
Uzunömürlülük üzrə mütəxəssis Den Byutner düzgün qidalanma sayəsində insan ömrünü uzatmağın mümkün olduğunu bildirib.
Redaktor.az xəbər verir ki. həkim ideal səhər yeməyinin sirrini "20minutos" nəşrinə açıqlayıb.
Byutnerin sözlərinə görə, şirin qarışıqlardan uzaq durmaq lazımdır. Dünyanın çoxsaylı uzunömürlüləri ilə tanınan “mavi zonalar”da səhər yeməyi həm dadlı, həm sadə, həm də liflə zəngin olur.
Mütəxəssis səhər menyusuna lobya, düyü, avokado və minestrone kimi yüngül tərəvəz şorbalarının əlavə edilməsini tövsiyə edib. Onun fikrincə, günü yalnız bitki əsaslı qida ilə başlamaq daha faydalıdır.
Byutner bildirib ki, ultrayüksək dərəcədə emal olunmuş məhsullardan uzaq durmaq vacibdir, çünki onlar enerjini azaldır.
Aytəkin TOFİQQIZI