Ömür müddətini azaldan vacib amil

09.01.2025

Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.


Fiziki fəaliyyətin olmaması ömür müddətini əhəmiyyətli dərəcədə azaldan amillərdən biridir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Başqırdıstanın Səhiyyə Nazirliyinin mütəxəssisləri xəbərdarlıq edib.
Mütəxəssislər həftədə ən azı 150 dəqiqə orta ağırlıqda və 75 dəqiqə intensiv məşq etməyi tövsiyə edirlər.
Onlar izah ediblər ki, oturaq həyat tərzi keçirən insanların müntəzəm idman edənlərlə müqayisədə erkən ölüm riski 33 faiz daha yüksəkdir. Həkimlər həmçinin xərçəngin inkişafının səbəblərindən biri kimi fiziki fəaliyyətin azlığını da adlandırıblar.
Səhiyyə Nazirliyinin mütəxəssislərinin fikrincə, idmanla məşğul olmaq qocalma, depressiya və vaxtından əvvəl ölümə qarşı profilaktik tədbirdir.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью