Ömüralıyevdən Azərbaycana TƏBRİK

18.10.2026

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.

Bakıvaxtı.az xəbər verir ki, Baş katib bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə hökumətə və Azərbaycan xalqına təbriklərini çatdırıb.

Kubanıçbek Ömüralıyev bildirib ki, bu əlamətdar tarix Azərbaycan xalqının iradəsini, əzmkarlığını, müstəqilliyinə və suverenliyinə sadiqliyini əks etdirir.

Baş katib Azərbaycana sülh, birlik, davamlı inkişaf və rifah arzulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью