Ömürlük məhbusların yaxınları Prezidentə müraciət etdi | Icma.az
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ömürlük Məhbusların Hüquqlarının Müdafiəsi Komitəsinin toplantısı keçirilib.
Komitənin sədri Akif Nağı gözlənilən əfv fərmanı ilə bağlı mətbuata çıxan məlumatları diqqətə çatdırıb, qeyd edib ki, ömürlük məhbusların günahlarına heç kəs bəraət qazandırmır, amma onlar da Prezidentin mərhəmətinə möhtacdırlar, əksəriyyəti ağır xəstəliklərdən əziyyət çəkir, səhvlərini başa düşüblər, cəmiyyət üçün heç bir təhlükə təşkil etmirlər.
Ömürlük məhbusların yaxınlarından Təranə Məmmədova, Aytac Əmiraslanova, Raci Babayev, Nübar Qasımova, Rəfiqə Qurbanova, Vəfa Poladova, Nailə Vəliyeva, Gülarə Saniyeva və digrələri cənab İlham Əliyevin mərhəmətinə, humanistliyinə sığındıqlarını bildirib, yaxınlarının əfv olunmasını xahiş ediblər.
Sonda ömürlük məhbusların yaxınları Prezident İlham Əliyevə müraciət ediblər. Müraciətdə göstərilir: "Hörmətli Cənab Prezident.
Bir qrup ömürlük məhbusların yaxınları olaraq Sizə müraciət edirik.
Ömürlük məhbusların valideyini, həyat yoldaşı, qardaşı, bacısı, övladları olaraq Sizin mərhəmətinizə ehtiyacımız var.
Uzun müddət həbsdə olan bu insanların yeganə ümid yeri Sizsiniz. Onların hamısı artıq ağır xəstəliklərə düçar olub, taqətsiz hala düşüblər.
Tam oxu
Xəbəri oxu