On ayda 18 minə yaxın elektron satınalma keçirilib AZƏRTAC

28.11.2024

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 28 noyabr, AZƏRTAC

Cari ilin ilk 10 ayı ərzində keçirilmiş elektron satınalmaların sayı 17 min 804, satınalmalarda iştirakçıların sayı isə 99 min 447 təşkil edib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə müsabiqələrdəki iştirakçı sayında 2 dəfədən çox artım müşahidə edilib.

Bir elektron satınalmada iştirak edən orta təchizatçı sayı isə 2023-cü il ilə müqayisədə 1,45 dəfə artaraq 5,66-ya çatıb.

Dövlət satınalmalarının elektronlaşdırılması bütün təchizatçılara bərabər rəqabət şəraitinin yaradılmasına xidmət etməklə yanaşı, keçirilən satınalmaların nəticəsi barədə ictimaiyyətin məlumatlandırılmasına və ümumilikdə ictimai nəzarətin gücləndirilməsinə şərait yaradır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью