On ayda 42360 uşağa reabilitasiya xidmətləri göstərilib

26.11.2026

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin reabilitasiya müəssisələrində bu ilin yanvar-oktyabr aylarında 42360 uşağa xidmətlər göstərilib.

ƏƏSMN-dən APA-ya verilən məlumata görə, onlardan əlilliyi olan 1952 uşaq stasionar, 25314 uşaq ambulator, digərləri icma əsaslı, onlayn, səyyar reabilitasiya xidmətlərinə cəlb olunub.

Bildirilib ki, bu kateqoriyaya aid uşaqlar Agentliyin Bakıda yerləşən 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzlərində, Qəbələ və Şəmkir rayonlarındakı Uşaq Reabilitasiya Mərkəzlərində reabilitasiya xidmətləri ilə təmin edilirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью