On ayda Rusiya ilə ticarət dövrüyəsi artıb

21.11.2024

Anews portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2024-cü ilin on ayında Azərbaycanla Rusiya arasında ticarət dövüyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 14,5% artaraq 3,942 milyard dollar olub. Bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında qeyd olunub.  
Bildirilib ki, Azərbaycana aid məhsulların Rusiyaya ixracı 1,2% artaraq  972,509 milyon dollar, Rusiyadan malların idxalı isə 2,97 milyard dollar (artım 19,7%) təşkil edib.
Hesabatda qeyd olunub ki, Azərbaycanın ticarət tərəfdaşları arasında Rusiya İtaliya və Türkiyədən sonra 3-cü sırada qərarlaşıb. 
2023-cü il Azərbaycanın Rusiya ilə ticarət dövrüyəsi 4 milyard 358 milyon dollara çatıb.  

Gülnar Nazimqızı 


www.anews.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью