On dörd yaralıdan biri sabah əməliyyat olunacaq Eldar Əhmədov

27.12.2024

Icma.az, Teleqraf.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Hazırda 14 xəstəmiz var. Xəstələrdən birinin vəziyyətiağır olaraq dəyərləndirilir, reanimasiyadadır. Digər xəstəmizin vəziyyəti orta-ağırdır, o da stasionar müalicə alır. Bir xəstəmiz isə kafi vəziyyətdədir”.

Teleqraf.com xəbər verir ki, bunu Yeni Klinikanın baş həkimi Eldar Əhmədov Qazaxıstanda qəzaya uğramış təyyardən sağ çıxan yaralıların vəziyyətindən danışarkən deyib.

O bildirib ki, xəstələrin ümumi diaqnozları bədənin müxtəlif hissələrində küt travmalar, müxtəlif bədən cızıqları, yüngülvari sümük sınıqlarıdır:

“Xəstələrin müalicəsi konservativ olaraq aparılır. Sadəcə bir xəstəmizdə baldır sümüyünün açıq qəlpəli sınığıdır. Onun da əməliyyatı planlaşdırılır. Çox güman, sabah o xəstə əmliyyata alınacaq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью