On marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

24.03.2026

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Martın 25 və 26-da Abbasqulu ağa Bakıxanov küçəsinin Cəlil Məmmədquluzadə küçəsindən Səməd Vurğun küçəsinədək, eləcə də Hüseyn Cavid prospektinin Seyfəddin Dağlı küçəsindən Landau küçəsinədək olan hissələrində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən 525.az-a bildirilib ki, məhdudiyyətə uyğun olaraq, Abbasqulu ağa Bakıxanov küçəsindən keçən 3, 17 və 33 nömrəli marşrutların hərəkəti alternativ olaraq Hənifə Ələsgərov, Cəlil Məmmədquluzadə, Nəsib bəy Yusifbəyli, Mərdanov qardaşları, Mirəsədulla Mirqasımov və Ənvər Qasımzadə küçələri ilə təşkil ediləcək.

Hüseyn Cavid prospektindən keçən 3, 6, 10, 17, 18, 39, 53, 96 və 206 nömrəli marşrutların hərəkəti isə Əbdürrəhim bəy Haqverdiyev küçəsi, Mətbuat prospekti, Mikayıl Müşfiq və Bəxtiyar Vahabzadə küçələri ilə təşkil ediləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью