On metr irəli getməyə səbri çatmayan sürücü 100 manatlıq qayda pozdu VİDEO

28.07.2026

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakıda manevr qaydasını kobud şəkildə pozan sürücü kameraya düşüb.

Avtosfer.az xəbər verir ki, hadisə iyulun 5-də Badamdar şosesində qeydə alınıb.

Belə ki, "Hyundai" markalı avtomobilin sürücüsü 1.11 üfüqi nişanlanma xəttinin bütöv hissəsini keçərək sola dönmə manevri edib və bununla da yol hərəkəti qaydalarını pozub.

Görüntüdən də aydın görünür ki, təxminən 10 metr irəlidə sola və geriyə dönmək üçün nəzərdə tutulmuş yer mövcuddur. Lakin sürücü həmin məsafəni qət etmək əvəzinə, yol nişanlanmasının tələblərini pozaraq manevr etməyə üstünlük verib.

Qeyd edək ki, bu qayda pozuntusuna görə, sürücü İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 3 bal 100 manat məbləğində cərimə oluna bilər.

Fərid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью