On milyon manatdan çox cərimə: 2025 ci ildə yeddi minədək əmək qanunvericiliyinin tələblərinin pozulması faktı aşkarlanıb

22.01.2026

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

"Araşdırmalar zamanı 6 897 halda əmək qanunvericiliyinin tələblərinin pozulması aşkarlanıb, fiziki, vəzifəli və hüquqi şəxslər barəsində 10 622 550 AZN məbləğində inzibati cərimə tətbiq edilib".

Oxu.Az xəbər verir ki, bu fikirləri Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən keçirilən mətbuat konfransında xidmətin rəisi Vəli Quliyev deyib.

O bildirib ki, xidmət tərəfindən istehsalatla əlaqəli sayılmış 610 bədbəxt hadisənin təhqiqatı aparılıb:

"36-sı qrup halında olan bu hadisələr nəticəsində 75 nəfər vəfat edib, 605 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. İstehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqatı nəticəsində 588 nəfər zərərçəkmiş şəxsə İZ (istehsalat zədəsi) formalı aktın verilməsi təmin olunub".

Məhərrəm Əliyev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью