On milyonlarla amerikalıya təhlükə barədə xəbərdarlıq edildi

05.01.2025

Publika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ-ın mərkəzi və şərqindəki bir sıra ştatlarda on milyonlarla amerikalı güclü fırtına səbəbindən risk altındadır.

Publika.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Nəşr qeyd edib ki, 62 milyon ABŞ vətəndaşı güclü qış fırtınası təhlükəsi ilə üzləşib. Hava hadisəsi bu mövsüm daha böyük zərbə vura bilər.

Telekanal ən azı 12 ştatda qasırğanın qar, buz və şaxta gətirəcəyini, küləyin sürətinin saniyədə 18 metrə qədər artacağını vurğulayıb.. Qeyd edilib ki, daha isti iqlimi olan rayonlarda tufan və leysan riski gözlənilir.

Hüseyn İbadlı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью