Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
Bu ilin 24 iyununda Rusiya prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çın Inla iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında müqaviləni imzalayanda, beynəlxalq siyasi şərhçilər rəsmi Pxenyanın tezliklə canlı qüvvə ilə Rusiya-Ukrayna cəbhəsində iştirak edəcəyi barədə proqnozlar verdilər.
Proqnozlar özünü doğrultdu və Şimali Koreya ordusunun 10 mindən çox hərbiçisi artıq Kursk istiqamətində döyüşlərə qatılıb.
Yəni, faktiki olaraq Ukrayna iki nüvə dövləti ilə müharibə aparır.
Üstəlik, hər iki dövlətin ordusu dünya çapında ilk 5-likdədir:Çin, Hindistan, Rusiya, ABŞ və Şimali Koreya.
Cənubi Koreyanın Yonhap agentliyi qeyd edir ki, hazırda 10.000-dən çox Şimali Koreya hərbiçiləri Kursk vilayətinin qərb hissəsinə keçiblər və Ukraynaya qarşı hərbi əməliyyatlarda iştirak etməyə başlayıblar.
Bunu noyabrın 13-də Brüsseldə ABŞ dövlət katibi Entoni Blinken də jurnalistlərə bildirib.
Maraqlıdır, 10.000 əsgəri faktiki ölümə göndərən Şimali Koreyanın Rusiyadan tələbi nə ola bilər?