On minlik ordu Rusiya vilayətinə yeridildi KONKRET

05.11.2024

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-ın hesablamalarına görə, Şimali Koreyadan Rusiyanın Kursk vilayətinə 10 min hərbçi göndərilib.

KONKRET.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

“Dövlət katibi də bildirib ki, Kursk vilayətinə 8 minə yaxın Şimali Koreya hərbçisi göndərilib. İndi təxmin edirik ki, 10 000 nəfər ora gedib, yaxın günlərdə döyüşə qoşula bilərlər”, – sözçü vurğulayıb.

Millerin sözlərinə görə, hələlik ABŞ adından bu məlumatı təsdiq edə bilməz, amma bu doğrudursa, o zaman Şimali Koreya ordusu qanuni hədəfdir.

Öz növbəsində Ukrayna Prezidenti Vladimir Zelenski Kurskda artıq 11 min koreyalı hərbçinin olduğunu açıqlayıb: “Kursk vilayətində artıq 11 min nəfər var. Şimali koreyalıların sayının artdığını görürük”./teleqrafcom

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью