On səkkiz min manatlıq naqilləri oğurlayanlar həbs edildi FOTO

13.05.2025

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində rabitə dirəklərindən kommunikasiya naqilləri oğurlayan Yavər Əskərov və Rahim Qasımov saxlanılıblar. 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, adıçəkilən şəxslərin rabitə dirəklərindən 18000 manat dəyərində 4995 metr kommunikasiya naqillərini kəsərək əlvan metalların qəbulu məntəqələrindən birinə satdıqları müəyyən edilib. 

Faktla bağlı cinayət işi başlanıb, Y.Əskərov və R.Qasımov  barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью