Ona da Space TV də vəzifə verildi FOTO

23.06.2026

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

Space TV-də Baş direktorun müşaviri vəzifəsinə təyinat olub.

Bu vəzifə Elçin İsmayılova həvalə edilib.

 O, 2022-2025-ci illərdə “Fonem Creative”şirkətində kreativ direktor, 2023-2024-cü illərdə “Kapital Bank”da baş kreativ mütəxəssis, “Kontakt Home”da baş kopirayter və kreativ direktor vəzifəsində çalışıb.

Qeyd edək ki, Elçin İsmayılov “Puzzle Agency”nin təsisçisidir.

O, 2012-2016-cı illərdə Azərbaycan Dillər Universitetində təhsil alıb.

Xatırladaq ki, “Space” TV-nin əvvəlki baş direktoru Vado Korovin istefa verərək vəzifəsindən ayrılıb. Bu ilin may ayında “Space” televiziyasının təsisçisinin qərarı ilə isə Ayaz Mustafayev kanalın baş direktoru təyin olunub. /Valyuta.az/

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью