Axar.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Fransa Prezidenti Emmanuel Makrona yürütdüyü miqrasiya siyasətinin Fransanın məhvinə gətirib çıxardığı barədə xəbərdarlıq edib.
Axar.az xəbər verir ki, o, bu barədə "Foks Nyus"a müsahibəsində deyib.
"Vəzifəyə yeni gəldikdən qısa müddət sonra Makronla görüşdüm. Ona dedim: “Sən Fransanı məhv edirsən. Ölkənə nifrət edən insanları Fransaya buraxırsan", - о bildirib.
Trampın sözlərinə görə, Fransaya gələn miqrantlar bu ölkəyə, onun mədəniyyətinə və əhalisinə qarşı antipatiya bəsləyirlər:
"Onlar Fransanın incəsənətinə nifrət edirlər. Binalarını sevmirlər. Fransada hər şeyə nifrət edirlər. Onlar bu ölkənin insanlarına nifrət edirlər, amma yenə də onların Fransaya gəlməsinə icazə verilir".