Ona Estoniyada yüksək vəzifə verildi

09.09.2026

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Estoniya Müdafiə Qüvvələrinin sabiq komandanı general Martin Herem ölkənin yeni müdafiə naziri olacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ERR məlumat yayıb.

"Baş nazir Kristen Mixal Estoniya Müdafiə Qüvvələrinin sabiq komandanı Martin Heremə müdafiə naziri postunu tutmağı təklif edib. Herem bu təklifi qəbul edib", - məlumatda bildirilib.

Mixalın sözlərinə görə, İslahat Partiyası müdafiə naziri postuna namizədi sentyabrın 15-də İdarə Heyətinin iclasında rəsmən təsdiqləyəcək.

Martin Herem 2018-ci il dekabrın 5-dən 2024-cü il iyunun 30-dək Estoniya Müdafiə Qüvvələrinə komandanlıq edib.

Xatırladaq ki, Estoniyanın sabiq müdafiə naziri Hanno Pevkur sentyabrın əvvəlində istefa verib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью