“Ona hələ də güvənirəm” Trampdan əl Şaraya dəstək

16.12.2025

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp 13 dekabrda Suriyada amerikalı əsgərlərin ölümünə səbəb olan hücum barədə danışıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ lideri bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırıb.

Sözügedən hücumdan sonra Suriya Prezidenti Əhməd əl-Şaraya hələ də etibar edib-etmədiyi barədə sualı Tramp qısaca belə cavablandırıb: “Bəli, mən ona hələ də güvənirəm”.

Tramp bu hücumun əl-Şara ilə heç bir əlaqəsinin olmadığını bildirib.

“Bu, Suriyanın idarə etmədikləri bir hissəsidir. Əl-Şara da bundan çox narahatdır. O, problemlər üzərində işləyir”, - deyə Donald Tramp vurğulayıb.

Hücumun İŞİD terror təşkilatı ilə əlaqəli olduğunu vurğulayan Tramp cavab olaraq sərt zərbə vuracaqlarını söyləyib.

Amerikalı əsgərlərin Suriyada olması ilə bağlı suala cavab olaraq Tramp deyib: “Çünki biz Yaxın Şərqdə sülhü təmin etməyə və qorumağa çalışırıq. Suriyada ABŞ qoşunların olması bu səylərin bir hissəsidir. Həmin region dünyanın çətin bir bölgəsidir”.

İbrahim Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью