Ona irad bildirən qadını itələyib qaçdı, həbs olundu | Icma.az
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakıda qadına qarşı xuliqanlıq hərəkətləri etmiş moped sürücüsü həbs edilib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Nəsimi rayonu Hüseynbala Əliyev küçəsində - metronun “Memar Əcəmi” stansiyası yaxınlığında baş verib.
Şəhla Əliyeva (adlar şərtidir) polisə müraciət edərək tanımadığı moped sürücüsünün küçədə ona qarşı xuliqanlıq hərəkətləri etdiyini bildirib.
Aparılan araşdırmalarla müəyyən edilib ki, həmin şəxs Masallı rayon sakini 2004-cü il təvəllüdlü Rasim Ələkbərovdur.
O, polis əməkdaşları tərəfindən saxlanılıb. Moped sürücüsünün sözlərinə görə, dar küçədən keçərkən qarşılaşdığı xanım piyada ona irad bildir
Bu zaman aralarında münaqişə baş verib və o, qadını itələyərək qaçıb.
Hadisə zamanı moped xarab olduğundan R.Ələkbərov nəqliyyat vasitəsini elə oradaca qoyaraq uzaqlaşıb.
Tam oxu
Xəbəri oxu