Ona qovuşacağım günlər...” Toppuş bacı”nın ərindən ürəkdağlayan sözlər + FOTO Yeni Sabah

13.11.2024

Icma.az, Yenisabah saytına istinadən bildirir.

Mərhum Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal onunla bağlı paylaşım edib.

Yenisabah.az xəbər verir ki,Röyal mərhum sənətçinin pulqabısından çıxan əşyalarısosial şəbəkə hesabında paylaşaraq yazıb:

"Tünzalənin bəzi əşyaları var ki, hələ də cəsarət etmirəm toxunmağa. Pulqabısını bu gün açdım, içindən evin açarı və 1 manat çıxdı. Bir anlıq düşündüm ki, səhər qapını bağlayıb işə gedirik, axşam gəlib təkrar açacayıq. Nə bilim, vaxt dolana qədər hərəmiz bir təhər yaşamağa çalışırıq. Çox darıxıram yoldaşım üçün, bir yandan da günlər elə tez keçir ki... Sanki ona qovuşacağım günlər daha sürətlə gəlir".

Qeyd edək ki, "Toppuş bacı" ləqəbli aktrisa uzun sürən xərçəng xəstəliyindən vəfat edib. 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью