Ona Yaziçilar İttifaqinin üzvlük vəsiqəsini xalq şairi Səməd Vurğun təqdim edib

03.02.2026

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Unutmayaq…

Bu il görkəmli pedaqoq, şair, el ağsaqqalı kimi böyük hörmət və ehtiram sahibi olmuş Asim Qazıyevin anadan olmasının 100 illiyi tamam olur.

ÖMÜRLÜYÜNDƏN: Asim İsa oğlu Qazıyev 10 may 1926-cı ildə Samux rayonunda anadan olub. Kirovabad (Gəncə) 3 nömrəli Tibb məktəbində (indi Gəncə Tibb Kolleci) oxuyub. 1946-1850-ci illərdə Həsən bəy Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunda dil-ədəbiyyat ixtisası üzrə təhsil alıb.

İnstitutu bitirəndən sonra doğma Samux rayonuna qayıdıb, orta məktəbə direktor təyin olunub. 1954-cü ildə Mingəçevir su anbarının tikintisi ilə əlaqədar Samuxun bir neçə kəndi Bərdə rayonuna köçürülüb.

Asim Qazıyev fəaliyyətini Bərdə rayonunun Leninabad (Samuxlu) kəndində davam etdirib. Çiy kərpicdən, sonra ağ daşdan məktəb binası tikdirib. Qabaqcıl məktəb direktoru, ictimaiyyətçi, el ağsaqqalı, şair kimi tanınıb. 1960-cı ildə Azərbaycan SSR Maarif Nazirliyi tərəfindən ona "Metodist müəllim" adı verilib və "Qabaqcıl maarif xadimi" döş nişanı ilə təltif olunub.

1999-cu il fevral ayının 19-da Gəncədə vəfat edib. Gəncənin Səbiskar qəbiristanlığında dəfn olunub.

Asim Qazıyev özündən sonra zəngin ədəbi irs qoyub. O, 14 yaşından şeir yazmağa başlayıb. Özünə Asim Sevdalı təxəllüsü götürüb. Tələbəlik illərində institutda fəaliyyət göstərən ədəbiyyat dərnəyinə rəhbərlik edib. İlk dəfə "Mənim yurdum" adlı şeri 1948-ci ildə "Ədəbiyyat qəzeti"ndə çap olunub.

Azərbaycan Yazıçılar İttifaqının (AYB) Kirovabad (Gəncə) filialının üzvü və fəallarından olub.

Vaxtilə Xalq şairi Səməd Vurğunun “gələcəyin böyük şairi” kimi qiymət verdiyi Asim Qazıyevin 1996-cı ildə “Qələmin qüdrəti yaz, deyir mənə” adlı birinci, 2016-cı ildə “Xeyli sözüm var” adlı ikinci, 2018-ci ildə “Ürəkdən soruş” adlı üçüncü şeir kitabı nəşr olunub. 100 illik yubileyi münasibətilə yeni bir kitabı da nəşrə hazırlanır.

Asim Qazıyev xalq artisti, bəstəkar və dirijor Nəriman Əzimovun bəstələdiyi sevilən "Gözəl Gəncəmiz" və "Ümid çırağı" adlı mahnıların mətninin müəllifidir.

Читать полностью