Onana daha bir mövsüm Trabzonspor da

03.07.2026

Icma.az bildirir, Qol.az portalına istinadən.

Onana daha bir mövsüm "Trabzonspor"da

“Mançester Yunayted”in qapıçısı Andre Onana 2026/27 mövsümünü Türkiyənin “Trabzonspor” klubunda icarə əsasında keçirəcək.

QOL.az xəbər verir ki, bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb.

30 yaşlı qolkiper növbəti mövsüm də Superliqa təmsilçisinin heyətində çıxış edəcək.

“Trabzonspor” Onananı ötən mövsüm də icarəyə götürmüşdü və o, komandanın uğurlu çıxışında əsas fiqurlardan biri olmuşdu. Klub onun performansından razı qaldığı üçün yenidən heyətinə qaytarıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью