Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
Onana "Trabzonspor"da qalacaq
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
"Mançester Yunayted"in qapıçısı Andre Onana 2026/2027 mövsümünü yenidən icarə əsasında Türkiyənin "Trabzonspor" klubunda keçirəcək.
QOL.az xəbər verir ki, tanınmış jurnalist Fabritsio Romano tərəflərin sövdələşmə ilə bağlı şifahi razılığa gəldiyini bildirib.
Qeyd edək ki, kamerunlu qolkiper ötən mövsümü də məhz "Trabzonspor"da icarədə keçirib. O, Qara dəniz təmsilçisində uğurlu çıxışı ilə yadda qalıb və komandanın Türkiyə Kubokunu qazanmasında böyük rol oynayıb.