Onana üçün yolun sonu MY kamerunlu qolkiperi sildi

15.02.2026

Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Mançester Yunayted"də Andre Onana dövrü rəsmi olaraq başa çatır.

Fanat.Az xəbər verir ki, hazırda "Trabzonspor"da icarədə olan kamerunlu qolkiper yay transfer pəncərəsində birdəfəlik satılacaq.

İngiltərə klubunun rəhbərliyi 29 yaşlı qapıçını komandanın gələcək planlarından tamamilə silib. "Trabzonspor" forması ilə bu mövsüm 18 matça çıxan Onana üçün Türkiyə klubunun da daimi müqavilə təklif edəcəyi gözlənilir.

Mançester təmsilçisi 2023-cü ildə 47 milyon funt-sterlinqə aldığı futbolçu üçün gələn sərfəli təklifləri dəyərləndirməyə hazırdır.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью