Onana yenidən Türkiyə klubunda “Mançester Yunayted” açıqladı

03.07.2026

Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Mançester Yunayted”in qapıçısı Andre Onana yenidən “Trabzonspor”da çıxış edəcək.

Apasport.az xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.

Kamerunlu qolkiper 2026/2027 mövsümünün sonuna qədər Türkiyə təmsilçisinə icarəyə verilib. Keçid beynəlxalq transfer icazəsi və qeydiyyat prosedurlarından sonra rəsmiləşəcək.

Qeyd edək ki, Onana ötən mövsüm də “Trabzonspor”un formasını geyinib. O, Türkiyə klubunda 33 matça çıxıb, 40 qol buraxıb və 6 oyunda qapısını toxunulmaz saxlayıb.

Andre Onana 2023-cü ilin yayında “İnter”dən “Mançester Yunayted”ə 52,5 milyon avroya keçib. Onun İngiltərə klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir. Sözləşmədə daha bir il uzatma bəndi də var. Transfermarkt portalı qapıçının bazar dəyərini 10 milyon avro qiymətləndirir.

“Latsio”dan müdafiəçi transferi - Rəsmi Ter Ştegen “Barselona”dan ayrılır: “Ayaks”la razılıq əldə olundu “Tottenhem” onu saxlamadı: Palinya “Bavariya”ya qayıdır "Mançester Siti"dən "Monako"ya - RƏSMİ Almaniya Futbol Federasiyası Naqelsmanla bağlı qərarını verdi - RƏSMİ - YENİLƏNİB
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью